Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:13

İran aparıcı dünya ölkələrini ittiham edib


İranın nümayəndə heyəti aparıcı dünya ölkələrini danışıqlar naminə danışıq aparmaqda ittiham edib.

İtan nümayəndə heyətinin rəhbəri Abolfazl Zohrevand jurnalistlərə bildirib ki, qarşı tərəf gündəliyə elə bir ciddi məsələ çıxarmayıb və onlar sadəcə danışıq aparmaq istəyirlər.

İstanbulda İranın nüvə proqramı ilə bağlı BMT-nin təhlükəsizlik şurasının daimi üzvləri, Almaniya və İran arasında danışıqlar davam etdirilir.

Dünən, danışıqların birinci günü elə bir nəticə əldə olunmayıb.

Qərb hesab edir ki, Tehran gizlicə nüvə silahı üzərində işləyir.

İran itihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

BMT-nin təhlükəsizlik şurası indiyədək İrana qarşı 4 dəfə sanksiya tətbiq edib.
XS
SM
MD
LG