Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:51

Azərbaycanın 11 bölgəsində sınaq imtahanları keçiriləcək


Yanvarın 23-də Azərbaycanın 11 bölgəsində sınaq imtahanları keçiriləcək.

TQDK-nın məlumatına əsasən, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçiriləcək imtahanlarda 31 minə qədər şagirdin iştirak edəcəyi gözlənilir.

Sınaq imtahanlarında ilk dəfə olaraq riyaziyyat fənni üzrə 5 sual açıq test şəklində veriləcək. Məqsəd imtahandan sonra abituriyentlərin açıq testləri necə cavablandırmalarını təhlil etməkdir.

Sınaq imtahanının nəticələri həftənin sonuna qədər elan olunacaq.

Sonrakı sınaq imtahanlarının aprel ayından keçirilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG