Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:56

Pakistanda törədilmiş partlayışda azı 3 adam ölüb


Pakistanın şimal-qərbində yolda baş vermiş partlayışda azı 3 adam ölüb, 7 nəfərsə yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə, ölənlərdən 2-si əsgər, biri isə dinc sakindir.

Partlayış Əfqanıstan sərhəddinin yaxınlığında yerləşən Orakzay rayonunda baş verib.
Yola mina qoyulubmuş.

Pakistan ordusu ötən ilin martından bu rayonda talibançılara qarşı hərbi əməliyyat aparır.

Bundan başqa bu rayonda şiə və sünni qrupları arasında vaxtaşırı toqquşmalar olur.
XS
SM
MD
LG