Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:41
«Azərbaycan cinayətkarlıqla mübarizəyə görə ötən il MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb».

Yanvarın 22-də Daxili İşlər Nazirliyində kollegiyada hesabat məruzəsi ilə çıxış edən nazir Ramil Usubov belə deyib.

Nazir bildirib ki, 2010-cu ildə Azərbaycanda cinayətlərin ümumi sayı 1.2 faiz azalıb.

Törədilən 23 mindən çox cinayətin 8.8 %-i böyük ictimai təhlükə törətməyən və az ağır, 11.2 %-i ağır və xüsusilə ağır cinayətlərdir.

R. Usubov deyib ki, «Interpol»un Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin, həmçinin «“Interpol»a üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən edilib.

Nazir bildirib ki, ötən il 660 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 95 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Ümumi çəkisi 331 ton narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

R. Usubov Yol Patrul Xidməti (YPX) əməkdaşlarından narazılıqların olması faktını da təsdiqləyib:

«Yol polisləri bu filankəsin qohumudur əsası ilə qanun pozuntularına göz yumurlar. Bu hallara ciddi fikir verilməlidir. Qanun pozuntusu varsa, cəzalandırılmalıdır, pozuntu yoxdursa, vətəndaşlar incidilməməlidir».

Nazir həmçinin, 2010-cu ildə yol hərəkəti qaydalarının 965 min dəfə pozulmasından narahat olduğunu bildirib:

«Bu, bizim aşkar etdiyimiz faktlardır. Bizim aşkar etmədiyimiz faktlar da var. Bu, vətəndaşların qanuna hörmətsizliyindən irəli gəlir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG