Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:12

Bakıda Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının iclası başlayıb


«AzərTAc» agentliyi bildirir ki, yanvarın 22-də Bakıda Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının altıncı iclası işə başlayıb.

İclasda iki ölkə arasında hərtərəfli əməkdaşlığın, o cümlədən iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunur.

Türkiyə tərəfdən komissiyanın sədri, Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də Bakıya gəlib.
XS
SM
MD
LG