Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:12

Obamaya dovşan kələmi hədiyyə ediblər


İrlandiyanın Baş naziri Obamaya keçən il dovşan kələmi verib
İrlandiyanın Baş naziri Obamaya keçən il dovşan kələmi verib
ABŞ Dövlət Departamenti 2009-cu il ərzində Barack Obama və xanımına, digər ABŞ rəsmilərinə verilmiş hədiyyələrin siyahısını açıqlayıb.

Obamalara verilən hədiyyələr arasında göyərçin uçurdan qız heykəlciyi var. Bürüncdən hazırlanmış bu hədiyyənin qiyməti 8 min dollardır. Hədiyyəni İsrail prezidenti Shimon Peres edib.

Çin prezidenti Hu Jintao isə Obamalara dəyəri 1200 dolar olan farfordan hazırlanmış öküz heykəlciyi verib. Səudiyyə Ərəbistanın kralı Abdullah bin Abd al-Aziz isə gümüş və mirvaridən ibarət boyunbağı verib. Bu hədiyyənin qiyməti 14200 dollardır.

İtaliyanın Baş naziri Silvio Berlusconi isə içində ABŞ bayrağının şəkli olan şəffaf stol hədiyyə edib. Bunun qiyməti 6000 dolardır.

Dövlət başçılarının bir-birinə hədiyyə verməsi dövlətlər arasında qədimdən mövcud olan ənənədir. Bu adət dövlət başçıları və onların təmsil etdikləri ölkələr arasındakı yaxşı münasibətlərin göstəricisi sayılır.

George Bushun vaxtında da prezident ailəsi oxşar hədiyyələr alıb. Onlara da adətən dekorativ əşyalar, geyim və kitablar verilib. Hədiyyələr arasında qeyri-adiləri də olub. Məsələn, snayper tüfəngi.

OBAMALAR DA HƏDİYYƏLƏR VERİR

Dövlət başçıları hədiyyə verəndə, adətən ölkələrini xarakterizə edən hədiyyə seçirlər. Məsələn, İrlandiyanın Baş naziri Obamaya keçən il dovşan kələmi verib.

Lakin Obama ailəsi özündən əvvəlki birinci ailələr kimi, bu dəbdəbəli hədiyyələri öz şəxsi məqsədləri üçün istifadə etməyə meylli deyillər. Əlbəttə, hədiyyəni qəbul etməmək kobud rəftar kimi qarşılanar, onu verəni təhqir etmək sayılar. Hədiyyələri qəbul edirlər. Qəbul edəndən sonra isə protokol xidmətindəki hədiyyələr bölməsinə təhvil verirlər.

2009-cu ildə Obamalara verilmiş hədiyyələrin demək olar ki, hamısı ABŞ-ın xarici əlaqələr arxivinə verilib. Bir-iki yeməli hədiyyə isə məxfi xidmətə təhvil verilib.

Cavab hədiyyəsi verməmək də kobud rəftar kimi başa düşülür. Ona görə də Obamalar da hədiyyələr verir. Onların içərisində ən sadə və ən qəribləri də çoxdur.

2009-cu ildə Obama kraliça Elizabethə «IPod» hədiyyə edib. Bu ilin əvvəlində isə Britaniyanın Baş naziri Gordon Brauna bir paket DVD hədiyyə edib.

George Bushun isə 2006-cı ildə Yaponiyanın Baş naziri Junichiro Koizumiyə «Juicy Fruit» saqqızı hədiyyə etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG