Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:14

“Avro-3” və “Avro-4” standartlarının tətbiq edilmə müddəti müəyyənləşdirilib


Bu il ölkədə “Avro-2” standartının tətbiqi ilə bağlı yeni laboratoriyanın tikilməsi nəzərdə tutulub. Eyni zamanda avtomobillərin havaya buraxdığı qazın miqdarını müəyyənləşdirmək üçün yeni laboratoriya tikiləcək.

Gələn ildən isə ölkədə “Avro-3”, 2015-ci ildən etibarən isə “Avro-4” standartı tətbiq ediləcək.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun sözlərinə görə, Nazirlər Kabineti Azərbaycanda “Avro-3” və “Avro-4” standartlarının tətbiq edilmə müddətini müəyyənləşdirib.

Komitə sədri hazırda qüvvədə olan “Avro-2” standartının tətbiqinin təkmilləşdirilməsi və daha müasir avadanlıqlardan istifadə olunması məqsədilə bu il yeni laboratoriyanın tikiləcəyini də deyib.

Komitə sədrini sözlərinə görə, yaxın bir il ərzində Azərbaycandakı taksilər tamamilə dəyişdiriləcək və yeni standartlara uyğun olacaq. Tədricən taksilərin rəngləməsi prosesi yekunlaşacaq.

Azərbaycanda sürücülər narahatdırlar ki, hökumət istehsal etdiyi bensini də Avropa standartlarına uyğunlaşdırmadan onların maşınlarından belə standartları tələb edir.
Benzinin keyfiyyəti ilə bağlı gündəlik yoxlamalar keçirildiyini də deyən Ramiz Həsənov isə buna ciddi nəzarət edildiyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG