Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

Dövlət Müstəqilliyinin 20-ci ildönümü təntənə ilə qeyd ediləcək


Prezident İlham Əliyev yanvarın 21-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması haqqında sərəncam verib.

Sərəncama görə xüsusi hazırlanmış “Tədbirlər Planı” üzrə mərasimləri Nazirlər Kabineti maliyyələşdirəcək.

Azərbaycan Respublikası Sovet İttifaqının dağılması ərəfəsində - 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə özünü 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan edib. Hər il dekabrın 18-i isə Dövlət Müstəqilliyi günü kimi qeyd edilir.

Amma həmin Konstitusiya aktının qəbul edilməsində fəalllıq nümayiş etdirmiş, indi isə müxalifət mövqeyində dayanan siyasətçilər hökumətin onlara biganə münasibətindən şikayətlənirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG