Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:49

Yuşşenko istintaqa cəlb edilib


Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko yanvarın 21-də müstəntiqlərlə görüşərək onun zəhərlənməsinə dair suallara cavab verib.

Keçmiş prezident bildirib ki, müstəntiqlər ondan köhnə suallara cavab istəyiblər, amma sualların bəziləri də yeni olub.

Yuşşenko deyib ki, bu da bir cəhddir, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə aparılan araşdırmaların nəticələrini gözləyir.

Ukraynada demokratiya tərəfdarlarının inqilabına rəhbərlik edən Viktor Yuşşenko 2004-cü ilin sentyabrında dioksin maddəsi ilə zəhərlənib. Bundan iki ay sonra keçirilən prezident seçkisində isə qalib gəlmişdi.

Hələlik bu hadisəyə görə heç kim məsuliyyətə cəlb edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG