Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:32

Albaniyada toqquşmalarda azı üç nəfər həlak olub


Sosialist Partiyasının tərəfdarları ilə polis arasında qarşıdurma, Tirana, 21 yanvar 2011
Sosialist Partiyasının tərəfdarları ilə polis arasında qarşıdurma, Tirana, 21 yanvar 2011


Albaniyada xəstəxana rəsmiləri yanvarın 21-də polislə mitinqçilər arasında toqquşmada azı üç nəfərin güllə ilə öldürülüdüyünü bildiriblər. Bu gün paytaxt Tiranada müxalifətdə olan Sosialist Partiyasının tərəfdarları olan mitinqçilərlə polis arasında qarşıdurma yaranıb.

Polis məlumat verib ki, Baş nazir Sali Berişanın ofisinin qarşısına toplaşan mitinqçiləri dağıtmaq üçün əvvəlcə gözyaşardan qazdan, su şırnağından istifadə edilib.
Tirana, 21 yanvar 2011
Ən sonda isə havaya xəbərdarlıq atəşi açılıb.

Hələlik həlak olanların polisin gülləsinə qurban olub-olmadıqları dəqiq məlum deyil.

Berişanın ofisi qarşısına toplaşan 20 000-ə yaxın nümayişçi korrupsiya ittihamlarına görə hökumətin istefasını tələb ediblər.


Tirana, 21 yanvar 2011
Sonra etiraz aksiyası zorakılığa çevrilib. Aksiya iştirkaçıları polisi daşa basıb, yaxında olan polis və mülki maşınları yandırıblar.

Müxalifət 2009-cu ilin iyununda keçirilmiş parlament seçkisinin nəticələrini qəbul etmir, yeni seçki tələb edir. Rəsmi nəticələrə görə həmin seçkidə Berişanın Demokrat Partiyası cüzi üstünlüklə qalib gəlib.

Tirana, 21 yanvar 2011
Problemin həlli üçün tərəflər arasında danışıqlar bir nəticə verməyib.

Bu il mayın 8-də də Albaniyada bələdiyyə seçkiləri keçiriləcək.

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər naziri bəyanat yayaraq Albaniyada bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb. Sənəddə qeyd edilir ki, Albaniyanın indi üzləşdiyi problemlər yalnız əməkdaşlıq və dialoq yolu ilə həll edilə bilər.

Nazir əlavə edir ki, ATƏT-in Albaniyadakı ofisi hökumətin, vətəndaş cəmiyyəti institutlarının demokratiya və insan haqlarının gücləndirilməsi istiqamətində addımlarını müdafiə etmək üçün onlarla birgə işini davam etdirəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG