Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:36

Belorus prezidentliyə namizədi dövlət çevrilişində ittiham edir


Belorus müxalifətin tanınmış simalarından biri olan Andrey Sannikov və onun arvadını xaricdən maliyyə dəstəyi alaraq Aleksandr Lukaşenkonu devirməyə cəhddə ittiham edir.

İttihama görə çevriliş dekabrda keçirilmiş prezident seçkisindən dərhal sonra başlayan etiraz aksiyaları ilə baş tutumalı idi.

Prezident Aparatının rəsmi orqanı olan "Sovyetskaya Belorusia" qəzeti yazır ki, Andrey Sannikov və onun jurnalist kimi çalışan arvad Lukaşenkonu devirmək üçün “xarici donorlar”dan 20 milyon dollar pul alıblar.

Andrey Sannikov prezident seçkisində müxalifətin namizədlərdən biri olub. Onun arvadı İrina Xalıp isə Rusiyada çap olunan "Novaya Gazeta"nın müxbiri olub.

Dekabrın 19-da keçirilmiş seçkinin saxtalaşdırıldığını deyən müxalifətin mitinqi dağıdılarkən tutulan prezidentliyə namizədlər və 700 nəfər yaxın aksiya iştirakçısı arasında Andrey Sannikov və xanımı İrina Xalıp da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG