Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:43

Karzayi Moksvada səfərdədir


Əfqanıstan prezidenti Həmid Karzayi yanvarın 21-də Moskvada həmkarı Dmitri Medvedevlə görüşüb.

İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair razılaşma imzalanıb. Prezidentlər ölkələri arasında ticarətin genişlənəcəyini bildiriblər.

Kremldən yayılan məlumatda deyilir ki, Rusiyanın Əfqanıstan ərazisində su elektrik stansiyaları və taxıl anbarları tikməsi razılaşdırlıb.

Həmid Karzayi Baş nazir Vladimir Putinlə də görüşüb. Putin görüşdə Əfqanıstanın əsas elektrik şəbəkələrinin yenilənməsi üçün Rusiyanın RAO UES şirkətinə 500 milyon dollar sərmayə verməyi vəd edib.

Bu, Sovet İttifaqının dağılmasından bu yana Əfqanıstan liderinin Moskvaya ilk rəsmi səfəridir. Amma Karzayi bir neçə dəfə Rusiyaya müxtəlif sammitlərdə iştirak üçün səfər edib.

Bu gün Medvedev bildirib ki, o, Karzayinin Əfqanıatana rəsmi səfər dəvətini qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG