Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:50

İslam Partiyasının Astara şöbəsinin sədrinin evində axtarış aparılıb


İslam Partiyasının Astara şöbəsinin sədri Ruhulla Axundovun evində axtarış aparılıb. AzadlıqRadiosunun bölgə müxbiri Müstəcəb Məmmədovun Astara Rayon İcra Hakimiyyətindən aldığı məlumata görə, axtarışı Respublika Prokurorluğunun əməkdaşları aparıb.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, axtarışlar məhkəmə qərarı əsasında aparılıb. Ancaq Eldar Sultanov Ruhulla Axundovun evində nə tapıldığını açıqlamayıb.

Yanvarın 20-də Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova qanunsuz silah saxlama, terrora və Konstitusiya quruluşunu dəyişməyə çağırış ittihamları ilə 3 aylıq həbs kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG