Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:09

Blair Səddama qarşı hərbi əməliyyatda hüquqi problem olduğunu etiraf edir


Britaniyanın keçmiş Baş naziri Tony Blair etiraf edir ki, hüquqi cəhətdən narahatlıqlar olsa da İraq diktatoru Səddam Hüseynə qarşı hərbi əməliyyatlara dəstək verib.

Britaniyada Balirin 2003-cü ildə İraq müharibəsindəki rolu ilə bağlı müstəqil araşdırma aparılır. Yanvarın 21-də keçmiş baş nazir bunun üçün ikinci dəfə dindirilib.

Blair araşdırma qrupuna yazılı məlumatında qeyd edir ki, onun hüquqi məsələlər üzrə yardımçısı İraqa hərbi müdaxilənin qanunsuz ola biləcəyi haqqında ona xəbərdarlıq edib. Səbəb kimi də göstərib ki, BMT-nin barədə qərarı müvəqqətidir, ona görə BMT-nin ikinci qərarı lazım ola bilər.

Blair bildirib ki, Səddam dünya üçün təhlükəli idi, ona görə də İraq diktatorunun ortadan götürlməsi üçün hərbi əməliyyata razılıq verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG