Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:09

19 günlük körpə oğurlandı, 23 yaşında ata-anasını tapdı


ABŞ-da 19 günlük körpə olarkən oğurlanmış qız 23 il sonra ata-anasını tapıb. Polisin məlumatına görə indi 23 yaşı olan Carlina White New Yorkda xəstəxanadan 1987-ci ildə oğurlanıb. O, qonşu Connecticut ştatında böyüyüb.

Həmin ailə ona doğum şəhadətnaməsi və sosial təhlükəsizlik sığortası almaqda çətinlik çəkdiyini görəndə vəziyyətdən şübhələnib.

Qız keçən il İtkin Düşən Uşaqlarla bağlı Milli Mərkəzə müraciət edib. Orada 1987-ci ildə uşaqlarını itirmiş valideynləri tapıb. DNT analizləri nəticəsində bu fərasətli qız özünün əsl valideynlərini tapıb.

İndi polis uşaq oğrularını tapıb həbs etməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG