Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40
Bir müddət qabaq Amerikada həbs edilmiş, amma sonradan Rusiyaya qaytarılmış rus casuslarından biri – Anna Çapmanın populyarlığı getdikcə artmaqdadır.

Gözəlliyinə görə beynəlxalq mətbuatın “Casus 60-90-60” adlandırdığı Çapman bundan sonra Rusiyanın Ren TV kanalında veriliş aparacaq.

«Тайны мира с Анной Чепмен» adlanan verilişin ilk buraxılışı yanvarın 21-ə Moskva vaxtilə 22 00-a təyin edilib.

İlk verilişdə Çapman əfsanəvi “Kəhrəba otaq” haqda danışacaq.

Bunun üçün o Ren TV-nin çəkiliş qrupu ilə birlikdə Kalininqradda olub.

18-ci əsrdə Prussiya hersoqu üçün inşa edilən, sonra isə hədiyyə kimi rus çarı 1-ci Pyotra göndərilən “Kəhrəba otaq" adından da göründüyü kimi kəhraba əşyalardan yığılmadır.

Amma 2-ci Dünya Müharibəsindən sonra Kalininqraddakı “Kəhrəba otaq” yoxa çıxıb.

Onun aqibəti ilə bağlı bir çox versiyalar var. Bir versiyaya görə, otaq yanğın zamanı məhv olub.

Digər versiyalara görə, otaq müharibədən sağ çıxmış nasistlər tərəfindən xaricə aparılıb, yaxud Kalininqradda gizlədilib.

Çapman Kalininqradda yerli diyarşünas Sergey Trifonovla birgə “Kəhrəba otaq”ın izinə düşməyə çalışıb.

Çapmanın Rusiyanın baş naziri, özü də keçmiş casus olan Vladimir Putinlə yaxşı münasibətləri var.

Ren TV kanalını idarə edən Milli Media Qrupu şirkətinin rəhbəri isə məlumatlara görə, Putinin yaxın münasibətdə olduğu başqa bir xanım – bədii gimnastika üzrə kemiş çempion Alina Kabayevadır.

Casus kimi uğursuzluğa düçar olan 28 yaşlı Çapman Rusiyaya qayıdandan sonra “Maksim” kişi jurnalı üçün yarıçılpaq şəkillər çəkdirib.

Bundan başqa ona Rusiya banklarından birində vəzifə verilib.

Çapman yeni il bayramında göstərilən və məşhur “Baharın 17 anı” filminin porodiyası olan verilişdə çəkilib.

Orada sovet casusu Ştirlis restoranda Çapmanla görüşür.

Çapmanı Rusiyada hakim partiyanın – Vahid Rusiya partiyasının gənclər qrupu – Molodaya Qvardiyanın rəhbərliyinə də seçiblər.

O, dekabrda Molodaya Qvardiyanın konqresində çıxış da edib.

Molodaya Qvardiya miqrantlara və Putin rejiminin tənqidçilərinə qarşı sərt çıxışları ilə seçilir.

Misiqi tənqidçisi Artyom Troitski isə deyir ki, Anna populyar deyil, əslində insanların ona ironik münasibəti var.

"Hamı ona Putinin yeni oyuncağı kimi baxır. Buna görə də hamı - məmurlar da, banklar da lütf göstərməyə çalışır".

Anna Çapman (Kuşşenko) Volqoqradda doğulsa da, həyatının böyük hissəsini xaricdə keçirib. Onun Keniyada işləmiş atasının rus casusu olduğu ilə bağlı şübhələr də var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG