Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:02

50-yə yaxın bina qanunsuz istifadəyə verilibmiş


Fövqəladə Hallar Nazirliyi ötən il Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən 50-yə yaxın yeni bina aşkar edib. Bu haqda jurnalistlərə bu gün nazirliyin Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov məlumat verib.

Xalid Nəcəfov deyib ki, hazırda bu binalar istismardadır. Ancaq Fövqəladə Hallar Nazirliyinin rəsmi qərarını almayıb.

Onun sözlərinə görə, bu binalarda qurğuların möhkəmləndirilməsi üzrə işlər aparılmalıdır. Ona görə də bu binaların sakinləri müvəqqəti olaraq köçürüləcək. Təhlükəsizlik tələblərinə tamamilə cavab verməyən binalar isə söküləcək.
XS
SM
MD
LG