Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:55

Keçmiş diktatora ölkədən çıxmaq qadağan olunub


Haitidə keçmiş diktator Jean-Claude Duvalier-yə ölkədən çıxmaq qadağan olunub. O Haitiyə bu günlərdə 25 ildən sonra gəlmişdi.

Məhkəmədən verilən məlumata görə, qadağa Duvaliernin hakimiyyətdə olduğu 1971-1986-cı illərdə baş verən korrupsiya cinayətləri ilə bağlıdır. Onun adı Haitidə həm də işgəncələrdə çəkilir.

Jean-Claude Duvalier polisə ifadə versə də azadlıqdadır. O bildirib ki, Haitiyə zəlzələdən sonra kömək eləməyə gəlibmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG