Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:10
Nobel mükafatlı türk yazıçısı Şri-Lankadakı ədəbiyyat festivalına qatılmayacaq.

Fransada yerləşən "Sərhədsiz reportyorlar" təşkilatı Şri-Lanka hakimiyyətinin söz azadlığına düşmən kəsildiyini bildirərək Pamuk və bir sıra başqa tanınmış yazıçıları "belə bir rejimin zorakılıqlarına haqq qazandırmamağa" çağırmışdı.

Axır 10 ildə Şri-Lankada 17 jurnalist və başqa media mənsubu öldürülüb.

Amma Pamukun naşiri öz açıqlamasında yazıçının Şri-Lankaya getməmək qərarının "Sərhədsiz reportyorlar"ın bəyanatı ilə bağlı olduğuna işarə etməyib.

Hazırda qonşu Hindistanda olan Pamukun sadəcə, viza problemləri ilə üzləşdiyi qeyd edilib.

Şri-Lanka ədəbiyyat festivalının təşkilatçıları da öz açıqlamalarında Hindistanı əcnəbi yazarların festivala gəlməsinə qəsdən maneçilik törətməkdə ittiham ediblər.

Şri-Lankada bir çox jurnalistlər təqiblərə məruz qalmamaq üçün özünüsenzuraya üstünlük verirlər.

Ultra-millətçi Mahinda Rajapakse-nin idarə etdiyi Şri-Lanka 2005-ci ildən fövqəladə vəziyyət şəraitində yaşayır (separatçı Tamil pələngləri ilə savaşa görə).

Bu şərait polisə geniş səlahiyyətlər verir və hakimiyyətə belə şəraitdə dissident kimi qəbul edilən şəxsləri təqib etmək imkanı yaradır.

Festivalı təşkil edənlərdən biri, Şri-Lanka yazıçısı Shyam Selvadurai deyib ki, “Sərhədsiz Reportyorlar”ın etiraz kampaniyası əsassızdır.

“Çığır-bağır salan adamlar bizim festivalın proqramını diqqətlə oxumayıblar. Oxusaydılar, belə bəyanata imza atmazdılar. Bu festival tolerantlıq, barışıq və sülhü təbliğ edir. İnsanların bunu düzgün başa düşməməsi məni dəhşətə gətirir”.

Yanvarın 24-də Şri-Lankada siyasi karikaturaçı Prageeth Eknaligoda-nın yoxa çıxmasının bir ili tamam olur.

Keçən il prezident seçkiləri ərəfəsində yoxa çıxan rəssamın öldüsü-qaldısı bilinmir.

Həmçinin oxu
Orxan Pamuk Avropanı tənqid edir

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG