Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:46

Vəkilin lisenziyası niyə alındı?


İranda 60-dan çox azərbaycanlı siyasi məhbusun hüququnu müdafiə edən vəkil Nağı Mahmudinin vəkillik lisenziyası uzadılmayıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən İrandakı Azərbaycanlı Siyasi Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının üzvü Yaşar Hakkakpurun sözlərinə görə, vəkilin lisenziyadan məhrum edilməsinə səbəb onun siyasi məhbuslara vəkillik etməsi olub:

“Nağı Mahmudi bununla bağlı Tehranda yerləşən Ali Ədalət Divanına müraciət edib, amma ordan heç bir cavab almayıb. Yerli məhkəmələrdə də deyiblər ki, ona lisenziya verilməməsinə səbəb milli fəalların hüquqlarını müdafiə etməsidir”.

Yaşar Hakkakpur deyir ki, təhlükəsizlik əməkdaşları Nağı Mahmudiyə xəbərdarlıq ediblər ki, bu barədə mətbuata məlumat versə, onu həbs edəcəklər. Onun sözlərinə görə, bir müddət əvvəl azərbaycanlı siyasi məhbusların hüquqlarını müdafiə edən vəkil Saleh Kamraninin də vəkillik lisenziyası ləğv olunmuşdu.
XS
SM
MD
LG