Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:37

Çin prezidenti ABŞ konqresinin liderlərilə gürüşür


Birləşmiş Ştatlarda səfərdə olan Çin prezidenti Hu Çintau bu gün ABŞ konqresinin liderləri ilə görüşəcək.

Onun həmçinin biznes toplantısında iştirak etmək üçün Çikaqoya yola düşməzdən əvvəl
Vaşinqtonda ABŞ-Çin münasibətləri barədə çıxışı olacaq.

Hu Çintau dünən ABŞ prezidenti Barak Obama ilə görüşüb.

Danışıqlar zamanı əsasən iqtisadi əlaqələr və yuanın məzənnəsi müzakirə olunub.

ABŞ Çini yuanın məzənnəsini qəsdən aşağı salmaqda günahlandırır.

Barak Obama görüşdə insan haqları məsələsinə də toxunub.

Hu Çintau isə ölkəsinin bu sahədə irəliləyişə nail olduğunu bildirib, amma qeyd edib ki, hələ ki, görülməli çox iş var.
XS
SM
MD
LG