Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:51

«Mərkəzi Bankın binası sökülməyəcək»


Azerbaijan -- National Bank of Azerbaijan, 07May2005
Azerbaijan -- National Bank of Azerbaijan, 07May2005
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyir ki, bankın binasının söküləcəyi barədə məlumatlar yanlışdır.

Bank üçün yeni inzibati bina Bakının Heydər Əliyev prospektində tikiləcək və Dövlət Neft Fondunun yeni binası ilə yaxın yerləşəcək.

Yeni bina zərurətini Mərkəzi Bank sədri işçilərinin sayının artması ilə izah edib:

«1998-ci ildə bina istifadəyə verilərkən bankın 200 işçisi vardı. İndi artıq Mərkəzi Bankın yeni strukturları, Maliyyə Monitorinq Xidməti, İpoteka Fondu və sairə mövcuddur. Ölkənin pul dövriyyəsi 10 dəfədən çox artıb».

Mərkəzi Bank sədri bildirib ki, yeni binada müasir avtomatlaşdırılmış pul-xəzinəsi qurulacaq, ölkədə çıxarılan qızılı saxlamaq üçün qızıl xəzinəsi yaradılacaq.

Mərkəzi Bankın indiki binasının sökülməyəcəyini deyən E. Rüstəmov bildirib ki, bu binanın tikintisinə o zaman 30 milyon dollar vəsait xərclənib:

«Bina ölkənin müvafiq qurumlarının balansına verilə bilər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG