Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27

Əli Həsənov: «Tunislə Azərbaycan arasında heç bir bənzərlik yoxdur»


«Azərbaycanda islamı siyasiləşdirməyə cəhd göstərən qüvvələr var. Əslində onlara hələlik qüvvə demək də olmaz. Hər halda müəyyən dairələr var ki, islamı siyasiləşdirməyə, islam adı altında, islam faktorundan istifadə etməklə insanları öz ətraflarına toplayıb siyasi hakimiyyətə gəlməyə cəhd edirlər».

Bu sözləri Prezident Adminstrasiyasının ictimai-siyasi şöbə müdiri Əli Həsənov «Mediaforum» saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, ölkə Konstitusiyasına, qanunlarına ziddir. Belə ki, Azərbaycanda siyasi fəaliyyət azadlığı təmin olunub, lakin islamla siyasətin sərhədi, çərçivəsi də dəqiq müəyyən edilib: «Ona görə də bu sərhədi keçən insanlar qanunla və qanun müdafiəçiləri ilə üz-üzə gəlməli olurlar».

Əli Həsənov mətbuatda Tunislə Azərbaycan arasında oxşarlıq aparılmasına münasibət bildirərkən deyib ki, iki ölkə arasında heç bir bənzərlik yoxdur: «Ona görə də bəri başdan Azərbaycan müxalifətini yandırmağa göysatan axtarmaq fikrindən çəkinməyə çağırıram. Hazırda Azərbaycan müxalifəti və onun funksionerləri tökülüb küçələrə özünü yandırmağa göysatan axtarırlar ki, bəlkə bu yolla Azərbaycanda hakimiyyətə gələ bildilər”.

Ölkədə əhalinin sayına qeyri-mütənasib şəkildə siyasi partiyalaşma vəziyyəti olduğunu deyən Əli Həsənovun fikrincə, Azərbaycanda 40-dan çox partiyanın rəsmi mövcudluğu, bir o qədər də partiya yaratmaq təşəbbüslərinin mövcudluğu bu məsələnin geniş müzakirəyə çıxarılmasına əsas yaradır.


«Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklər edilməsini vacib sayan Əli Həsənov deyir ki, qanun ölkə Konstitusiyasına, mövcud ictimai-siyasi vəziyyətə və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğunlaşdırılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG