Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:34

Fələstin dövlətinin yaradılmasında Rusiya ilə İordaniyanın mövqeyi eynidir


Paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasında Rusiya ilə İordaniyanın mövqeyi eynidir.

Bu barədə Rusiya prezidenti Dimitri Medvedevlə İordaniya kralı Abdulla Ammanda keçirdikləri görüşdən sonra bəyan ediblər.

Kral Abdulla Rusiya ilə əməkdaşlığın genişləndirilməsini alqışlayıb.

Öz növbəsində Dimitri Medvedev Moskvanın İordaniyada atom elektrik stansiyasının tikintisi ilə bağlı tenderdə iştirak edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG