Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:18

Sahibkarlar rüşvət tələb edənlərin adlarını çəkirlər


Vaqif Quliyev ondan rüşvət alıb saxta şəhadətnamələr verildiyini deyir, 19 yanvar 2011
Vaqif Quliyev ondan rüşvət alıb saxta şəhadətnamələr verildiyini deyir, 19 yanvar 2011


HƏR SOTA GÖRƏ 1500 MANAT RÜŞVƏT ISTƏYIRLƏR


“Bizim Sumqayıtda 42 sot torpağımız var, özəlləşdirmək istəyirik Əmlak Məsələləri üzrə Dövlət Komitəsində bizdən torpağın hər sotuna 1500 manat rüşvət istəyirlər”

Bu, Sumqayıtdan sahibkar Səxavət Mustafayevin iddiasıdır. Onun sözlərinə görə, həmin pulu Əmlak Məsələləri Dövlət Komitəsində şöbə müdirlərindən biri tələb edir:

“Tikintialtı torpadır qohumun adına orda mənim də payım var. Həmin torpağı özəlləşdirmək istəyirik deyirlər gedin sotuna 1500 manatdan pulunu gətirin özəlləşdirək. Mən bilirəm ki, qiymət onlar deyən kimi deyil. Bir də deyirəm ki, lap sotu 5500-düsə əmsallara uyğun yazın verin aparım köçürüm banka, qəbzi də gətirib verim sizə, deyirlər yox, pulu bizə ver. Mən qəbzsiz necə pul verə bilərəm”.

Səxavət Mustafayevin deməsinə görə, elə bu səbəbdən bir ildir ki, torpağını özəlləşdirə bilmir.

“RÜŞVƏT SÖHBƏTINI YAZIB GÖNDƏRDIM”
Səxavət Mustafayev (solda) AzadliqRAdiosunun Bakı Bürosunda, 19 yanvar 2011

Sahibkar bildirir ki, bir dəfə də belə bir halla 2007-ci ildə üzləşib. Onda da 10 min dollar rüşvət istənilib. O, Komitənin şöbə müdiri ilə apardığı bütün söhbətləri diktafona yazıb aidiyyatı qurumlara göndərib:

“Bundan sonra mənə hədələr başladı, amma yenə yazmaqda davam elədim. Bir il ərzində məsələni müxtəlif ünvanlara yazdım. Sonda 2037 manat dövlət rüsumu ödəməklə məsələni qanuni yolla həll etdim”.

“ELƏ ŞEY OLA BILMƏZ...”

Əmlak Məsələləri Dövlət Komitəsində isə deyirlər ki, rüsumdan əlavə vətəndaşlardan pul tələb edilməsi barədə iddialar əsassızıdır. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov:

“Elə bir şey ola bilməz, mən araşdırım deyərəm. Ola bilər dövlət rüsumudur və ya xidmət haqqıdır”.

Qaldı ki, Səxavət Mustafayevin 2007-ci illə bağlı dediklərinə Qulu Xəlilov bildirir ki, həmin dövrün onlara aidiyyatı yoxdur: “2007-ci ildə biz işləməmişik, başqa nazirlik olub, ona görə bu bizlik deyil”

12 MIN DOLLARA SAXTA SƏNƏD?

Astaranın Şiyəkəran kəndindən olan sahibkar Vaqif Quliyev isə iddia edir ki, kənd icra nümayəndəsi Tofiq Əliyevə 2005-ci ildə fermer təsərrüfatı yaratmaq üçün beş hektar torpaq sahəsinə görə 2500, həyətyanı torpaq sahəsinə görə isə 12 min manat pul verib. Dediyinə görə, sonradan üzə çıxıb ki, torpağa görə ona verilən bütün sənədlər saxtadır.
Vagif Qiliyev AzadliqRAdiosunun BAkı Bürosunda, 19 yanvar 2011


Dediyinə görə, onun torpağının bir hissəsi ipək yolu keçən əraziyə düşdüyündən həm də kompensasiya da almalı imiş. Amma sonradan məlum olub ki, onun torpağı da başqa bir adamın adına keçirilib.

Vaqif Quliyev bildirir ki, kompensasiya üçün hətta Nəqliyyat Nazirliyinin nümayəndələrinin təqdim etdiyi sənədə də imza atıb. Həmin vaxt ona torpaq sahəsinin plana düşməsinə görə, 20 min manat pul veriləcəyini bildiriblər. Amma iki həftədən sonra məsələ ilə bağlı maraqlananda ona məxsus torpağın başqa bir ada keçirildiyi bildirilib:

“Mənim torpağımın 12 sotdan bir qədər çoxu plana düşdüyü üçün 20 min manat pul veriləcəyini bildirmişdilər. Dörd qonşumun yanında, hansı ki, onların da torpağının bir hissəsi plana düşürdü, həmin kağıza imza da atmışdım. Amma sonra mən Çeçenistana iş dalınca getdim, iki həftə sonra ordan zəng edib kompensasiya ilə maraqlandım dedilər sənə məxsus torpaq sahəsi Lənkəran reyestrində başqa bir adamın adına sənədləşdirlib”.


“IMKAN VERIN MƏN FERMER TƏSƏRRÜFATIMI YARADIM”


Vaqif Quliyev deyir məsələ ilə bağlı əvvəlcə rayon icra hakimiyyətində olub və ona məsələnin həll olunacağını deyiblər: “Bu necə həll olunacaq, əgər mənim torpağım başqa adamın adına sənədləşdirlibsə və pul həmin adamın adına köçürüləcəksə mən komensasiyanı tələb edəbdə deməzlər ki, sən kimsən, hardan gəldin çıxdın”.

Vəziyyətin düzəlmədiyini görən Vaqif Quliyev daha sonra da digər dövlət qurumlarına müraciət edib:

“Mən Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, Nəqliyyat Nazirliyinə... hamısına yazmışam və mənə cavab da verilib. Nazirliklər bu məktuları həm də rayon icra hakimiyyətinə göndəriblər. Rayondan bir nümayəndə göndərmirlər ki, problem nədir. Bəlkə, günah mənim özümdədir. Baxın, mənə verilən şəhadətnamələrə hamısı saxtadır, heç birində möhür filan yoxdur.

Hanı bu respublikada qayda-qanun, göstərin mənə gedim o qanunun ucundan mən də tutum. İmkan verin fermer təsərrüfatımı yaradım. Bu icra nümayəndəsinin maddi marağı odur ki, sən Qroznıdan gəlmisən qazandığını gətir ver mənə”.

DEMƏYƏ NƏ VERİRLƏR Kİ?


Bu da Şiyəkəran kənd icra nümayəndəsi Tofiq Əliyevin sualıdır. O, ünvanına sələnən ittihamları rədd edir, hətta Vaqif Quliyevi tanımadığını bildirir:
Vasif Mövsümov AzadliqRadiosunun Bakı Bürosunda, 19 yanvar 2011


-Torpaq rüşvətlə deyil, bələdiyyəyə pul köçürülür alınır. Mən bilmirəm o nəqədər pul köçürüb, pulu icra nümayəndəsinə köçürmürlər ki...

-Axı deyir sənədləri ona siz vermisiniz.

-Nə sənədddir o, pul köşürməyib..

-O deyir mən Tofiq Əliyevə fermer təsərrüfatına görə 2500 dollar....

-O pul verəndə yanında adam var idi?.. Onun dediyinə nə verirlər ki? Mən də sizə deyirəm ki, o, Şiyəkəranlı deyil, fermer təsərrüfatı da qardaşının adınadır.

- Vaqif Quliyev həm də deyir həyətyanı torpaq sahəsi alıb, amma sənədlər hamısı saxtadır. Bildirir ki, sizə həmin torpaq sahəsinə görə 12 min dollar da pul verib.

-Onun pul vermək sənədi varmı?

-Tofiq müəllim, mən sizdən soruşuram..

-Mən də deyirəm ki, kim nə deyirsə onun dediyi düzdür? Şər atır. Mən heç o adamı tanımıram, o, heç Şiyəkəranlı da deyil.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümova görə, sahibkarların hüquqlarını müdafiə edən və korrupsiyaya qarşı xeyli fərman və qanunlar olsa da onlar işlək deyil: “Qanunların işləməməsi isə korrupsiyadır. Heç bir məmur özünün rahat yaşamaq mövqeyini asanlıqla əldən vermir. Elə ona görə də həm sahibkarlar, həm digər təbəqələr korrupsiyadan əziyyət çəkirlər”.

Vasif Mövsümov ölkədə korrupsiyanın mövcudluğuna görə daha çox məhkəmələri günahkar sayır:

“Hər hansı məmur bilsə ki, qanunu pozduğuna görə onu məhkəməyə verərlər, məhkəmə nəticəsində müflis olar, cəzalanar, onda o rüşvət almaz. Amma məmur arxayındır ki, məhkəmə belə qərar verməyəcək”.

Daha ətraflı “Şəffaflıq” verilişində dinləyin:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG