Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:38

“Həbsxanalarda qeyri-insani rəftara son qoyaq!”


Eynulla Fətullayev
Eynulla Fətullayev
“Həbsxanalarda qeyri-insani rəftara son qoyaq!”. Həbsdəki jurnalist Eynulla Fətullayevin yanvarın 19-da yayılan müraciətində belə deyilir.

“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru qeyd edir ki, “ölkədə despotiyanın və qanunsuzluğun hakimliyi şəraitində saxtakar hakimlərin hökmləri ilə düşərgəyə göndərilən məhkum müasir və sivil Avropa Penitensiar Qaydalarının tələb etdiyi hüquqlardan istifadə etməkdən məhrum ediləcək. Şərti azad cəmiyyətdə qanunlar işləmirsə, kiçik sosial qrupun hansısa mücərrəd hüquqlardan yararlanacağına ümid bəsləmək əbəsdir”.

İCTİMAİ KOMİTƏ TƏNQİD EDİLİR

E. Fətullayev Ədliyyə Nazirliyinin yanında həbsxanalarda ictimai monitorinqi həyata keçirən İctimai Komitə və quruma daxil olan hüquq müdafiəçilərindən də narazılıq edir. Bildirir ki, onlar hökumətin mövqeyindən çıxış edir, qanun pozuntularına adekvat mövqe sərgiləmirlər:

“Bu qurum dekorativ funksiya daşıyaraq monitorinq imitasiyasını həyata keçirir, həbsxanalarda dözülməz vəziyyəti əks etdirən hesabatlarla çıxış etməli olduğu halda, ictimai missiyanı şəxsi mənafelərinin təmin olunması üçün istifadə edir”.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvü Sahib Məmmədov isə jurnalistin mövqeyini nə təsdiq, nə təkzib edir:

HESABAT HAZIRLAYIRIQ ƏDLİYYƏ NAZİRİNƏ

Sahib Məmmədov
“İctimai Komitənin fəaliyyətini ola bilsin kənardan görmək mümkün deyil. Çünki azadlıqdan məhrum etmə yerlərində monitorinq keçirən təşkilatlar bir neçə prinsipə əməl edir. Bunlardan biri qərəzsizlik, biri neytrallıq, biri isə konfidensiallıqdır. Ona görə İctimai Komitə olaraq fəaliyyətimiz budur ki, baş çəkmələrlə bağlı dərhal hesabat hazırlayırıq ədliyyə nazirinə. Gördüyümüz faktlar hesabata daxil edilib qapalı konvertdə cəzaçəkmə müəssisəsinin administrasiyası vasitəsilə ədliyyə nazirinə çatdırılır...Biz İctimai Komitə olaraq bilirik ki, proseslərə nə dərəcədə təsir edə bilirik, nəyi dəyişə bilirik. Ancaq bunu həmişə KİV-ə açıqlamırıq”.

ƏSASSIZ FİKİRLƏR


Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə Eynulla Fətullayevin müraciətində səslənən fikirləri əsassız hesab edir:

“Bir çox beynəlxalq qurumların nümayəndələri penitensiar müəssisələrdə monitorinq keçirir və monitorinqin əsasında hesabat hazırlayırlar. Onlar sürətlə gedən islahatlar, penitensiar müəssisələrdə saxlanma şəraiti, məhkumlara göstərilən xidmətlərin səviyyəsinin ildən-ilə artdığını qeyd edirlər. İctimai Komitəyə kiminsə mənfi rəy söyləməsinin də heç bir əsası yoxdur. Çünki ora elə bir hüquq müdafiə təşkilatlarının nümayəndələri daxil edilib ki, oblar seçki yolu ilə seçiliblər. İkincisi, əvvəllər penitensiar xidmətin bu və ya digər çatışmazlığını tənqid edirdilər. İndinin özündə də çatışmazlıq varsa, müstəqil hesabat hazırlayıb onu ədliyyə nazirinə təqdim edirlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG