Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:26

Əfqanıstanda yeni parlamentin ilk iclası təxirə salına bilər


Əfqanıstanda parlament seçkiləri zamanı baş vermiş qanun pozuntularını araşdıran xüsusi tribunal prezident Həmid Kərzaini yeni parlamentin açılışını bir ay təxirə salmağa çağırıb.

Tribunalın rəhbəri Sadiqulla Həqiq əlavə istintaq üçün məhkəməyə vaxt lazım olduğunu bildirib.

Ötən il sentyabrın 22-də Əfqanıstanda keşirilmiş parlament seçkilərində kütləvi pozuntular aşkar edildi, nəticədə 24-dən çox namizədin qələbəsi və bülletenin ¼-i ləğv edildi.

Yeni parlamentin ilk iclası yanvarın 23-ə təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG