Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:35

Rusiya Prezident Administrasiyasının rəhbəri Azərbaycana gələcək


Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin yanvarın 22-də Bakıya gələcək. Bu barədə Rusiya agentlikləri məlumat yayıb.

Səfərin əsas məqsədi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin yeni binasının yanvarın 22-də keçiriləcək açılış mərasimində iştirak etməkdir.

S.Narışkin ilə yanaşı mərasimdə Rusiya prezidentinin köməkçisi Cahan Pollıyeva, prezidentin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, “Rossotrudniçestvo” Federal Agentliyinin rəhbəri Fərid Muxametşin və digər yüksək səviyyəli qonaqlar iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG