Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:31

20 yanvarda nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılacaq


20 Yanvar faciəsinin ildönümündə polis Bakıda gücləndirilmiş iş rejimində çalışacaq.

Şəhidlər xiyabanını ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Yanvarın 20-də saat 08:00-dan mərasim başa çatanadək paytaxtın Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

20 Yanvar faciəsinin 21-ci ildönümündə qurbanların xatirəsini yad etmək üçün saat 12:00-da respublikanın bütün avtomobil yollarında nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılacaq.
XS
SM
MD
LG