Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:40

Müftinin qərarına görə, evlənənlər tibbi arayış almalıdılar


Çeçenistanın dini lideri qərar verib ki, evlənməyə hazırlaşan bütün cütlüklər sübut etməlidilər ki, immun çatışmazlığı sindromuna yoluxmayıblar.
Çeçenistan müftisinin mətbuat xidməti bunu təsdiqləyib və bildirib ki, istənilən bəy və ya gəlin tibbi arayış almağa məcburdur.
Müftinin qərarının hüquqi çəkisi yoxdur. Amma onun qərarları izlənir, çünki mənəvi lider kimi cəmiyyətdə nüfuzu var.
Bu qərardan əvvəl müfti və digər mənəvi liderlər ötən il tələb etmişdilər ki, Ramazan ayında bütün yeməkxanalar bağlansın. Onlar silahlanmış kişilərin baş örtüyü getməyən qadınları narahat etməsinə də qadağa qoymuşdular.

Günün bütün mövzuları

XS
SM
MD
LG