Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:51

Dedektiv yazıçı prezident oldu


Azərbaycan Yazıçılar Birlyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib. Yazıçılar Birlyinin mətbuat xidməti bildirib ki, “Pen-Klub”un prezidenti Maqsud İbrahimbəyov ərizə ilə müraciət edib.

O, yaradıcılıq planlarının çoxluğunu əsas gətirərək “Pen-Klub”un prezidenti vəzifəsindən azad olunmasını istəyib.

Maqsud İbrahimbəyovun xahişi nəzərə alınıb. Uzun illər “Pen-Klub”un vitse-prezidenti vəzifəsini daşıyan Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib.
XS
SM
MD
LG