Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:13

Dövlət qurumları mətbuatla işləməlidir



Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri dövlət qurumlarının rəhbərlərini mətbuatla intensiv işləməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, onlar dövlət olaraq nazirlərin, mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının rəhbərlərinin bilavasitə mətbuatla təmasda olmasına maraqlıdılar.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, əhalini narahat edən, maraqlandıran məsələlər haqqında birinci əldən məlumat verilməsində maraqlı olmalıyıq: “Biz bununla bağlı Prezident Administrasiyasına və bizim şöbəyə ünvanlanan bütün suallara cavab verməyə, eyni zamanda, müvafiq qurumları suallara cavab verməyə istiqamətləndirməyə hazırıq”.
XS
SM
MD
LG