Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:17

2010-cu ildə Bakıda 10 min 612 cinayət hadisəsi qeydə alınıb


Cinayətlərin 79 faizi açılıb

Cinayətlərin 79 faizi açılıb

Bakı şəhər Prokurorluğunda 2010-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov 2010-cu ildə 10 min 612 cinayət hadisəsinin qeydə alındığını vurğulayaraq, onların 79 faizinin açıldığını bildirib.

Tədbirdə bildirilib ki, il ərzində prokurorluqda 523, daxili işlər orqanlarında isə 4099 cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib.

Hesabat dövründə bir sıra ağır və xüsusilə ağır cinayət işləri araşdırılıb, həmin cinayətləri törətmiş şəxslər ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunublar.

Qeyd olunub ki, 2010-cu ildə baş vermiş bir qəsdən adamöldurmə, 34 quldurluq cinayəti və 11 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi üstü açılmamış qalıb. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG