Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Sabiq nazirin vəkilləri axtarışa məruz qalıblar


Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun vəkilləri Toğrul Babayev və Şahverdi Ağaveyis 13 saylı cəzaçəkmə müəssisəsində axtarışa məruz qalıblar.

Bu haqda AzadlıqRadiosuna vəkil Toğrul Babayev məlumat verib: “Biz yanvarın 13, 14, 17 və 18-də cəzaçəkmə müəssisəsinə baş çəkdik. Girişdə və çıxışda metalaxtaran qurğu ilə yanaşı, əməliyyatçılar tamamilə əsassız olaraq üzərimizi və əşyalarımızı, hətta sənədlərimizi yoxlayıblar”.

Vəkil deyib ki, əvvəllər onlar bu cür münasibətlə qarşılaşmayıblar.

Bununla bağlı vəkillər cəzaçəkmə müəssisəsinin rəisinə və Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediblər. Hələ bir cavab almayıblar.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti devirmək məqsədilə sövdələşmədə iştirak etmək ittihamı ilə həbs edilib. Sonradan bu ittiham başqa icraata ayrılıb.

Əli İnsanov 2007-ci ildə 11 il azadlıqdan məhrum edilib. O, korrupsiya, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunub. Məhkəmə hökmü ilə əmlakı müsadirə olunub.
XS
SM
MD
LG