Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:07

Gəncədə intihar edənlərin sayı artır


2010-cu ildə Gəncədə 82 meyit müayinə edilib ki, onlardan 64-ü zorakılıq, 17-si qeyri-zorakılıq nəticəsində ölənlərdir. Bir nəfərin isə cəsədi yandığından səbəb müəyyən edilməyib.

Gəncə şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin müdiri Cavanşir Əliyev belə deyir.

14 nəfər qətlin, 20 nəfər intiharın, 30 nəfər isə bədbəxt hadisələrin qurbanı olub. İntihar edənlərdən 17-si kişi, 3-ü qadındır.

Qeyd edək ki, ötən il intihar edənlərin sayında artım var. Belə ki, 2009-cu ildə bu rəqəm 18 idi.

Bədbəxt hadisələr zamanı ölənlərdən ikisi Türkiyə vətəndaşı, qalanı isə azərbaycanlılardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG