Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:16

Olof Palmeni kim qətlə yetirib?


Olof Palme
25 il əvvəl öldürülən İsveçin Baş naziri Olof Palmenin qətlini Yuqoslaviyanın məxfi polisi - UDBA təşkil edib. Bunu iddia edən alman qəzeti «Focus» keçmiş Yuqoslaviya casusu Vinko Sindcicin ifadələrinə istinad edir.

Qəzet yazır ki, Yuqoslaviyanın casusları Olof Palmeni gecə-gündüz izləyərək onun mühafizəsindəki zəif yerləri aşkar ediblər.

Sui-qəsdi həyata keçirmək üçün muzdlu qatil tutulub. Həmin adamın indi 65 yaşı var, Xorvatiyanın paytaxtı Zaqrebdə yaşayır və təhlükəsizlik xidməti göstərən özəl bir şirkətdə işləyir.

«Focus» həmçinin yazır ki, Vinko Sindicin ifadələri hələ 2008-ci ildə İsveç polisinə göndərilsə də, orada əlavə istintaq aparılmayıb.

Olof Palmeyə hücum 1986-cı il fevralın 28-də Stokholmun mərkəzində baş vermişdi. O, arvadı ilə birlikdə kinodan evinə qayıdırdı. Həmin anda Baş nazirin heç bir mühafizəsi olmayıb. Qatil arxadan ona və həyat yoldaşına atəş açıb. Olof Palme aldığı yaradan martın 1-ə keçən gecə ölüb.

Bu qətlə görə sonradan Christer Petterson adlı şəxs həbs edilib mühakimə olunsa da, Ali Məhkəmə onun bu qətli törətmədiyi qənaətinə gəlib. Beləliklə də Olof Palmenin qətli açılmamış qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG