Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:15

«Eurovision-2011»də yarımfinallar üçün püşkatma mərasimi keçirilib


Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinə yarımfinallar üçün püşkatma mərasimi keçirilib. Müsabiqənin yarımfinallarında çıxış edəcək 38 ölkənin hansı yarımfinalda çıxış edəcəyi məlum olub. (Eurovision.TV)
Ölkələr iki yarım finallarda çixış edəcəklər.

Birinci Yarımfinal:

Albaniya, Ermənistan, Finlandiya, Gürcüstan, Norveç, Polşa, Rusiya, Serbiya, İsveçrə, Türkiyə, Azərbaycan, Xorvatiya, Yunanıstan, Macarıstan, İslandiya, Litva, Malta, Portuqaliya, San-Marino.

İkinci Yarımfinal:

Avstriya, Belçika, Bosniya və Hersoqovina, Kipr, Moldova, Slovakiya, İsveç, Niderland, Ukrayna, Belarus, Bolqarıstan, Danimarka, Estoniya, Makedoniya, İrlandiya, İsrail, Latviya, Rumıniya, Sloveniya.

Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniya “Eurovision” mahnı müsabiqəsinin finalına birbaşa vəsiqə qazanıblar.

Finalda 25 ölkə, hər yarımfinaldan 10 ölkə iştirak edəcək. Böyük Britaniya və İspaniya ilk yarımfinalı izləyə və səs verə, Fransa, Almaniya, İtaliya isə II yarımfinalı izləyə və səs verə biləcək.

Puşkatma altı qutudan çıxarılıb:

Qutu 1: Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya, Makedoniya, Serbiya, Slovakiya, İsveçrə
Qutu 2: Danimarka, Estoniya, Finlandiya, İslandiya, Norveç, İsveç.
Qutu 3: Azərbaycan, Belarus, Gürcüstan, İsrail, Moldova, Rusiya, Ukrayna
Qutu 4: Ermənistan, Belçika, Kipr, Yunanıstan, Niderland, Türkiyə
Qutu 5: İrlandiya, Latviya, Litva, Malta, Portuqaliya, Rumıniya
Qutu 6: Avstriya, Bolqarıstan, Macarıstan, Polşa, San-Marino, Slovakiya

Novbəti püşkatma mart ayında keçiriləcək. Həmin püşkatma nümayəndə heyətləri başçılarının görüşündə hər iki yarımfinal və finalda mahnıların start nömrəsi üçün keçiriləcək.
XS
SM
MD
LG