Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:25

İranın xarici işlər naziri Türkiyədədir


İran və Türkiyə xarici işlər nazirləri Ali Akbar Salehi və Əhməd Davutoğlu yanvarın 17-də Ankarada mətbuat konfransı keçiriblər.
Əhməd Davudoğlu deyib ki, onların İranla keçmişdə nüvə məsələləri ilə bağlı danışıqları olub:
- “Biz problemin ardıcıl həlli üçün birlikdə Tehran bəyannaməsini hazırlayıb. Cənab Salehi də bu bıyannaməni hazırlayan nümayəndə heyətinin tərkibində idi. Biz 18 saat birlikdə olduq. O, böyük təcrübəyə sahibdir. Biz bu gün onu yenidən eşitməyə şad olacayıq”.
Ali Akbar Salehi isə Səudiyyə Ərəbistanını və Suriyanın Livanın keçmiş baş naziri Rafik Haririnin qətli ilə bağlı BMT-də aparılan təhqiqatın doğurduğu gərginliyi azaltması üçün verdiyi təkliflərin uğursuzluğa uğraması ilə bağlı deyib:
- Biz təəssüflənirik ki, Səudiyyə Ərəbistanı-Suriya təklifi bütünlüklə anlaşılmadı. Bu, həyata keçmədi. Fikirləşirəm ki, bu, kənar oyunçuların müdaxiləsinə görə idi. Biz ümid edirik ki, bu təkliflər planı yenidən baxıla bilər.
İranın xarici işlər nazirinin fikrincə, bu, daxili məsələdir və “kənar oyunçular”ın müdaxiləsinə ehtiyac yoxdur.
XS
SM
MD
LG