Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:04

İran və Rusiya prezidentləri əməkdaşlığı artırmaq istəyirlər



Rəsmi İran mediası xəbər verir ki, prezident Mahmud Ahmadinejad və Rusiya prezidenti Dmitri Medvedev telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığı artırmağa razılaşıb.

Bir müddət əvvəl Rusiya İranın ölkəsindəki iki atom sahəsinə baş çəkməyə dəvətini rədd edib.

Dövlət Televiziyası bildirir ki, Ahmadinejad Medvedevə İran və Rusiya arasında hər zaman "dostluq və əməkdaşlıq" olmasını istədiyini bildirib.

Medvedev də bildirib ki, iki çoxdankı müttəfiq enerji, yanacaq, nəqliyyat və digər kommersiya sahələrindəki əməkdaşlığı artıra bilərlər.
XS
SM
MD
LG