Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:40

Gürcüstan-Azərbaycanla iqtisadi və sərhəd məsələlərini müzakirə edəcək



Gürcüstan Xarici İşlər Nazirliyi Griqol Vashadze 2011-ci ildə ilk səfərini Azərbaycana edəcək. Onun səfəri bu gün, yanvarın 18-də başlayacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Vashadze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla, o cümlədən, nəqliyyat naziri Ziya Məmmədovla görüçəcək. Onun prezident İlham Əliyevlə də görüşməsi planlaşdırılıb.

Tərəflərin iqtisadi və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməsi gözlənir. iki ölkə sərhədində ərazi delimitasiyası da müzakirə mövzuları arasındadır.

Gürcüstan Azərbaycanın 480 km-dən çox hissəsi ilə sərhəddir. Hələlik tərəflər sərhəd xəttinin 65 faizi ilə bağlı razılaşıblar
XS
SM
MD
LG