Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:28

Lujkov Lativyadan yaşayış icazəsi istəyir


Moskvanın keçmiş meri Yuri Lujkov daimi yaşayış icazəsi almaq üçün Latviyaya müraciət edib. Latviyanın miqrasiya idarəsi yanvarın 17-də bildirib ki, bu müracətlə bağlı ən tezi aprel ayında qərar qəbul edə bilərlər.

Amma Daxili İşlər naziri Linda Murniece deyib ki, böyük ehtimalla Lujkova rədd cavabı veriləcək. Çünki vəzifədə olduğu zamanlarda onun Latviyaya münasibəti çox pis olub.

Prezident Medvedev 2010-cu ilin sentyabrında “etimadı itirdi” deyərək Moskva merini vəzifədən çıxarıb.
XS
SM
MD
LG