Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

Ordoks Kilsəsi abortu məhdulaşdırmağa çağırır


Rusiyanın Ortodoks Kilsəsi Rusiya hakimiyyətinə müraciət edərək ölkədə abortun məhdudlaşdırılmasına çağırıb. Yanvarın 17-də Kilsənin internet saytında yayılan müraciətdə qeyd edilir ki, abort məcburi sığortaya salınmasın.

Bundan başqa, kilsə doğum evləri və böhran mərkəzlərində qadınlara aborta getməzdən əvvəl bu işin daha ənənəvi yollarını başa salmağı təklif edir.

Rusiya Statistika Agentliyinin məlumatına görə 2009-cu ildə ölkədə 1.76 milyon uşaq doğulub, 1.29 uşaq isə abort edilib.

1990-cı illərdən Rusiyada əhalinin sayı kəskin azalmağa doğru gedir. Rəsmilər rus qadınları daha çox uşaq dünyaya gətirməyə həvəsləndirməyə çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG