Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

Tunisdə etimad höküməti total media azadlığı elan etdi


Tunisdə siyasi qüvvələr milli birlik hökuməti yaratdıqlarını elan ediblər. Yeni hökumətdə hökumətdə Baş nazir Məhmməd Qannoşi və bir neçə başqa nazir vəzifələrini saxlayıblar.

Hökumətə üç müxalifət partiyasının lideri də daxil edilib. İnformasiya naziri postu isə ləğv edilib.

Bu gün keçirdiyi mətbuat konfransında Qannoşi bildirib ki, hökumət korrupsiyaya bulaşan adam haqqında dərhal araşdırma aparacaq. Eyni zamanda keçmiş prezident Ben Əlinin zamanıda var-dövlət yığanlar araşdırmalara cəlb ediləcək.

Məhmməd Qannoşi həmçinin bildirib ki, "total media azadlığı" elan edirlər və insan haqları fəallarına yaradılan bütün maneələr aradan qaldırlır.

23 il Tunisə rəhbərlik etmiş Ben Ali korrupsiya, işsizliyə etiraz olaraq ölkəni bürüyünə etiraz aksiyalarına tab gətirməyərək yanvarın 14-də ölkəni tərk edib. O, ailəsi ilə birlikdə Tunisdən Səudiyyə Ərəbistanına qaçıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG