Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:13

Tunisin keçmiş sahibəsi...


Müvəqqəti prezident Fuad Mbazaa (solda) və baş nazir Məhəmməd Qannuşi. 17 yanvar 2011

Müvəqqəti prezident Fuad Mbazaa (solda) və baş nazir Məhəmməd Qannuşi. 17 yanvar 2011

Tunisin baş naziri Məhəmməd Qannuşi yanvarın 17-də bəyan edib ki, müxalifət liderləri ilə aparılan danışıqlar müsbət nəticə verib və koalisyon hökumətin qurulması ilə bağlı konsensus əldə edilib.

Ötən həftənin 5-ci günü ölkənin avtokratik lideri Ben Əli devriləndən sonra Qannuşi hakimiyyəti ələ almış və milli birlik hökumətinin yaradılması üçün danışıqlara başlamışdı.

“Koalisyon hökumətin qurulması ilə bağlı danışıqlarda real irəliləyişlər var və biz inanırıq ki, yaxın bir neçə gün ərzində siyasi sistemin təkmilləşdirilməsini, demokratik sistemin yaradılmasını nəzərdən keçirməyə başlayacağıq.

Bundan başqa iqtisadi və siyasi inkişafa nail olmalıyıq ki, bütün tunislilər üçün daha yaxşı həyata nail olaq”.


Amma baş nazir müxalifətlə birgə - konstitusiyaya dəyişiklik edib demokratik sistem qurmağa çalışdığını desə də, son küçə nümayişlərində onun əleyhinə də şüarlar səslənib – deyilib ki, indi hakimiyyəti ələ alan elitanın devrilən prezidentlə çox yaxın münasibətləri olub.

Yanvarın 17-də təhlükəsizlik qüvvələri paytaxt Tunisin mərkəzində 1000 nəfərlik etirazçını su şırnağı ilə dağıdıb.

Etirazçılar keçmiş prezidentin Konstitusional Demokrat Hərəkatının ləğv edilməsini tələb ediblər.

KÖHNƏ METODLAR YENİDƏN İŞƏ DÜŞƏCƏKMİ?

Şotlandiyadakı St. Andrews Universitetinin baş mühazirəçisi Frederik Volpi deyir ki, ölkədəki gələcək vəziyyət – bundan sonra etirazların nə qədər yayılacağı – ilk növbədə koalisyon hökumətin demokratiyaya keçid üçün nə qədər dəyişiklik edə biləcəyindən asılıdır.

“Parlamentin rəhbəri də, baş nazir də keçmiş prezidentin tərəfdarlarıdır. İndi onlar özlərini islahatçı kimi təqdim etməyə çalışırlar.

İndi hər şey ondan asılı olacaq ki, onlar demokratiyaya keçid məsələsində nə qədər səmimi olacaqlar və keçmiş prezidentin dövründə illərlə istifadə etdikləri avtoritar metodlara yenidən əl atacaqlarmı?”


Leyla Ben Əli
Volpi ona diqqət çəkir ki, keçmiş prezidentin partiyasının üzvlərinin yeni hökumətdə nazir portfelləri alacaqları gözlənilir.

Bundan başqa parlamentin 90 faizi keçmiş prezident partiyasının üzvləridir. Bütün bunlar suallar yaradır ki, görəsən Tunis yenə də eyni qüvvənin hakimiyyəti altında qalacaqmı?

Volpi deyir ki, heç də bütün müxalifət partiyaları koalisyon hökumətə cəlb edilməyib, məsələn islamçılara belə bir təklif olmayıb.

Bu arada Almaniya və Britaniya Tunisin yeni rəhbərliyini ölkədə real demokratik islahatlar aparmağa çağırıb.

Tunisdə isə ötən bazar günü keçmiş prezidentə sadiq olan qüvvələrlə ordu arasında atışmalar davam edib. Ben Əlinin tərəfdarları qarışıqlıq, xaos yaratmaq üçün əllərindən gələni edirlər.

“MAFİOZ AİLƏ”

Bir müddət əvvəl WikiLeaks saytının Tunis barədə yaydığı sənədlərdə deyilirdi ki, Tunis əslində Ben Əlinin ailəsi tərəfindən idarə edilir.

Hamimiyyətdəki bir çox əsas postları onun həm özünün, həm də arvadı Leylanın qohumları tutur.

Etirazçı polislə mübahisə edir. 17 yanvar 2011
Ölkə iqtisadiyyatının gəlirli sahələrinin yarısı, tikinti, böyük banklar, idxal və s. ailənin nəzrətindədir.

Yerli camaat buna mafiya hakimiyyəti də deyir. Ölkədə korrupsiya axır illərdə daha da çoxalıb.

Yerli camaat deyir ki, bunu bilmək üçün küçələrə çıxmaq kifayətdir, əvvəl polis sürücünü saxlayanda 20 dinar alırdısa, indi 40 dinar alır.

Ailə üzvləri, xüsusən də prezidentin arvadı Leylanın mənsub olduği Trabelsi tayfasının üzvləri cəzasızlıq şəraitində istədiklərini edirlər.

Biznesmenlərdən Leylanın xeyriyyə fondu - əlillərə yardım fondu üçün pullar yığılır, onların da korrupsiyaya yem olduğu güman edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG