Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

WikiLeaks İsveçrə bankarlarında olan hesablarla bağlı məlumatları əldə etdi


İsveçrədə Bank Julius bankının keçmiş işçisi yanvarın 17-də hesablar haqqında məlumatlar toplusunu WikiLeaks saytına təqdim edib.

Keçmiş bankir Rudolf Elmer bu sənədlərdə ABŞ-dan, Britaniyadan, Asiya ölkələrindən olan tanınmış siyasət, mədəniyyət və biznes adamlarının hesablarda saxlanan pullarından söhbət getdiyini bildirib.

Saytın təsisçisi Julian Assange buna görə Elmerə rəşəkkür edib. Amma bildirib ki, sənədlərin saytda yayılması üçün bir neçə həftə vaxt lazım olacaq.

Bir neçə aydır ABŞ diplomatlarının ölkələrinə göndərdikləri gizli məktubları yayan WikiLeaks dünya mediasının gündəmindən düşmür.
XS
SM
MD
LG