Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:03

«Ötən il Azərbaycanda işgəncə faktı daha çox olub»


Elçin Behbudov
Elçin Behbudov
2010-cu ildə Azərbaycanda işgəncə faktı daha çox olub.

Bunu İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov yanvarın 17-də keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2009-cu ildə komitəyə işgəncə ilə bağlı 106 müraciət daxil olduğu halda, 2010-cu ildə belə müraciətlərin sayı 169-a çatıb.

Bu şikayətlərin çoxu Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Müdafiə və Nəqliyyat nazirlikləri, eləcə də Gömrük Komitəsinə qarşı olub:

«2010-cu ildə həbsdə 11 nəfər ölüb. Onlarla amansız rəftar və ya ölüm həddinə çatdırma hallarının baş verməsi istisna olunmur. Dövlət qurumları isə çoxsaylı müraciətlərimizə bu cür faktların olmadığını bildirməklə kifayətlənirlər. Halbuki, bu qədər müraciətin hamısı yalan ola bilməz».

Elçin Behbudov hesab edir ki, Azərbaycanda işgəncə faktları gizlədilir. Halbuki, bu barədə məlumatları nəinki yerli təşkilatlar əldə etmək hüququna malikdir, eləcə də beynəlxalq ictimaiyyət bundan xəbər tutmalıdır.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini, YAP-dan olan deputat Yevda Abramov isə AzadlıqRadiosuna bildirib ki, Elçin Behbudovun açıqlaması onun üçün anlaşılmazdır:

«Elçin Behbudovun dəfələrlə mediada bu sahədə hər şeyin normal olduğunu bildirməsinin şahidi olmuşam. Amma indi mətbuat konfransı keçirdib nə üçün belə deməsi açığı mənim üçün qaranlıqdır. Bizim komitəyə belə şikayətlər daxil olmayıb. Onun açıqladığı rəqəmlər barədə həbsxanalara və təcridxanalara dəfələrlə baş çəkən ombudsmandan da bir şey eşitməmişəm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG