Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:11

WikiLeaks Türkiyənin ABŞ gizli xidmət əməkdaşlarına yardım etdiklərini yazır


Almaniyanın "Die Welt" qəzeti WikiLeaks saytına istinadla yazır ki, ABŞ-ın gizli xidmət agentləri terroda şübhəli bilinənləri Türkiyə ərazisindən istifadə edərək başqa ölkələrə aparıb.

Saytın yaydığı və ABŞ-ın Ankaradakı səfirliyinin gizli məktubları olduğu iddia etdiyi sənədlərə görə 2002-2006-cı illərdə ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin təyyarələri 24 dəfə Türkiyənin İncirlik bazasına enib. Amma 2006-cı ilin fevralında Türkiyə hərbçiləri həmin bazaya kəşfiyyatçıların uçuşuna icazə verməyib.

Avropa Şurasının hesabatına görə 14 Avropa ölkəsi Mərkəzi Kəşfiyyat Agentliyinin terrorda şübhəli bilinənləri öz ərazisi ilə aparmağa göz yumub. Türkiyənin də adı həmin ölkələrin siyahısında çəkilirdi. Amma Ankara bunu inkar edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG