Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:36

Ombudsman Elvin Əsgərovun ölümünü araşdırmağı xahiş etdi


Elmira Süleymanova
Elmira Süleymanova
Ombudsman Elmira Süleymanova baş prokurora və daxili işlər nazirinə Bakı şəhər sakini Elvin Əsgərovun ölüm faktı ilə bağlı müraciət edib.

Son günlər mətbuatda Nizami Rayon Polis İdarəsi əməkdaşlarının Elvin Əsgərovu döyərək öldürdüyü yazılır.

Bildirilir ki, yanvarın 13-də saat 02.00 radələrində «Neon» şadlıq sarayının yaxınlığında Elvin Əsgərov və dostları ilə Çevik Polis Alayının əməkdaşları arasında insident yaranıb.

Elvin Əsgərovun polislərdən birini bıçaqladığı, onun polisə aparıldığı, bölmədə döyülərək ağır xəsarətlərlə xəstəxanaya çatdırıldığı və orada öldüyü bildirilir.

«Media forum»un məlumatına görə, ombudsman baş prokuror və daxili işlər nazirindən hadisənin hərtərəfli araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və qanun çərçivəsində cəzalandırılmasını xahiş edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG