Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:11

Haiti diktatoru ölkəyə dönüb


Haitinin 1986-cı ildə devrilmiş diktatoru Jean-Claude "Baby Doc" Duvalier bugünlər gözlənilmədən mühacirətdən ölkəsinə dönüb. O, bildirib ki, zəlzədən dağılmış ölkəsinin yenidən qurulmasına yardım üçün qayıdıb.

Haitidə hakimiyyəti atasından almış Jean-Claude insan haqlarının kobud pozulması, korrupsiya və siyasi repressiyalarda ittiham edilərək ABŞ-ın da təzyiqləri ilə 1986-cı ildə hakimiyyətdən uzaqlaşdırılmışdı. O zamandan Parisdə yaşayırdı.

Bir il əvvəl zəlzədən dağılmış Haitidə bir yandan da noyabrın 28-də keçirlmiş prezident və parlament seçkisi ilə ciddi siyasi qeyri-sabitlik yaranıb. Amerika Dövlətləri Təşkilatından olan ekspert qrupu seçkidə qanunsuzluqlara görə indiki prezident Rene Prevalı tənqid ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG