Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:42
Warwick Universitetinin professoru Maureen Freely “The Washington Post” qəzetində Kənan Malikin yeni kitabı haqqında yazıb.

Bu əhatəli, amma cəlbedici polemikanın girişində Kənan Malik Salman Rüşdiylə bağlı fitvanın onun həyatını necə dəyişdiyini təsvir edir. Əslən Hindistandan olan, anası hindli, atası müsəlman Malik Böyük Britaniyada “pakistanlı cəlladlar” və irqçi Milli Cəbhə arasında böyüyüb. İrqçilik onu tələbə kimi qatı solçulara tərəf sürüklədi, amma bərabərlik və sosial ədalət ideallarını təhsil alarkən əldə etdi.

Malik tədqiqatçı psixoloq və fəallıq tərəfdarı olan, vaxtaşırı yazan jurnalisti idi.

KİTAB YANDIRANLARIN RUHLANDIRDIĞI


1989-cu ilin yanvarında minlərlə müsəlman şimal şəhəri Bradfordda yürüş edib və daha sonra polis idarəsinin qarşısında nümayişkaranə şəkildə Salman Rüşdinin “Şeytan ayələri” kitabının bir nüsxəsini yandıranda heyrətə düşmüşdü.

O tələsik yazır ki, kitabın yandırılması beynəlxalq aləmdə “İslam nifrətinin simvoluna” çevrildi. Hələlik bu üç il öncə Bradfordda anti-irqçi etirazlarını təşkil edən Malik üçün elə də ciddi məna kəsb etmirdi. Nifrət hardan qaynaqlanır? Və niyə ona dini don geyindirilmişdi?

O ilk cavabını Həsən kimi təqdim olunan, keçmiş Trotskçi, “ağ solçu” və atasının nəslindən olan, qorxaq və sözəbaxan müsəlmanlara görə narazı tərəfdarından aldı. Həsən bir müsəlman kimi fikirləşirdi ki, irqçilərin və Rüsdi kimilərin müsəlmanların qürurlarını tapdalaya bilməməsi üçün müdafiəyə ehtiyacları var.

Malik yazırdı ki, “kitabyandıranların ruhlandırdığı Həsən heç vaxt inanmadığı, minillərlə davam edən qan tökmək əfsanəsinə” hazır olaraq mollaların buyruqçusuna çevrildi.

BRİTANİYANIN SƏHVLƏRİ


Sonrakı bölümdə Malik göstərir ki, Həsən və onun kimi bir çox başqaları qəzəbli anti-qərb yönümlü, siyasi islamda rahatlıq tapırlar. Bu inanc din olaraq dərin hopdurulmuş, amma hər şeyin fövqündə dayanmayan, Allaha münasibətləri isə müqəddəs ictimai varlıq kimi ifadə etməyən immiqrant valideynlərinin inancına az yaxındır.

Müəllif iddia edir ki, əgər Britaniyanın bu ölkədə yetişmiş intiharçı-terrorçularla bağlı problemi varsa, bu, aparılan siyasətin nəticəsidir. Həmin siyasətin ki, inteqrasiyaya mane olur, bundan başqa immiqrantların bütün nəsillərinə onların britaniyalı olmadıqlarını və nə edirlərsə etsinlər heç vaxt olmayacaqlarını göstərirdilər. Malik bu durumda ABŞ-a müsbət yanaşır, Birləşmiş Ştatlar özünə immiqrant ölkəsi kimi baxır və yeni gələn immiqrantlara da müsbət şeylər vəd edir. Britaniya isə immiqrant icmalarını ayırır. İmmiqrantlarla birbaşa münasibət qurmaq əvəzinə onlar fırıldaqçı və varlanmaq istəyində olan, mühafizəkar dini proqram irəli sürən yerli rəhbərlərin xidmətindən yararlanırlar. Məhz onlar islam fundamentalizmi üçün əlverişli şərait yaradıblar.

GEOSİYASƏT SEHRBAZLARI VƏ CİHAD


Malik iddia edir ki, indi bütövlüklə müasir anlayış kimi qəbul etdiyimiz cihad ancaq Əfqanıstan dağlarında deyil, həm də Qərb şəhərlərində yaranıb. O daha sonra yazır ki, KİV və geosiyasət sehrbazları İran və Səudiyyə Ərəbistanı arasında gedən hakimiyyət davasında piyadaya çevrilən Bredforddakı kitab yanğılarından tonqal yandırdılar. Hər biri Britaniyada və başqa yerdəki təşkilatlara təmənnalı investisiya qoyurdu ki, İslamı özünə lazım olan fövqəladə halda nəzərə çarpdırsın.

Ancaq Ayatolla Xomeyni fətva elan etməklə Rüşdi məsələsində üstünlük qazansa da, Britaniya müsəlmanları heç bir imama və ya ayatollaya qulaq asmadılar. 2005-ci ildə London nəqliyyatındakı terrorun iştirakçıları Əl-Qaidə və Talibanın təsiri altında idilər.

Malikin yazdığına görə, onlarda da Qərb narsizmi - özünəvurğunluq vardı: orta təbəqə, hüquqlara malik, özünü müasir ləzzətlərdən məhrum etməyə meylli deyillər. Müasir mənəviyyatlı sərbəstlikləri onları islam ənənələrindən ayrı salırdı. Malik yazır: “Bu gün cihad eləyən şəxs kollektivin istəyinə tabe olmur. Ancaq ölüm onları öz müəyyən olunmuş cəmiyyətlərinə çatdırır”.

2008-DƏN SONRA DƏYİŞƏNLƏR


Öz hekayətini kitab yandırma ilə başlayan Malik onu təxminən 20 il sonra London naşiri Sherry Jones-in Məhəmməd Peyğəmbərin gənc arvadı haqqında olan “Mədinənin zinyəti” adlı, partlayışa səbəb olan romanı ilə bitirir. 1989-cu ildə Rüşdünün kitabının yandırılması ifadə azadlığı baxımından, xüsusilə də bu azadlığın dini heysiyyatı təhqir etməsi gərgin müzakirələrə qol açdı.
2008-ci il partlayışına qədər qəbul olunmuşdu ki, ifadə azadlığından Britaniyadakı çoxsaylı dinlər də yararlanmalıdır, bu onların da diqqətinə çatdırılmalıdır.
Amma Böyük Britaniyada problem bundan da qəlizdir. Ölkə Birinci Düzəlişin ekvivalentinə qarşı çatışmazlıq hiss edir. Azad ifadə üçün ənənə var, ancaq bunun üçün aydın hüququ müdafiə yoxdur.

2008-ci ildənsə dini və irqi nifaq salmaq qanundan kənar sayılır. Qanun qeyri-müəyyəndir deyə, o ictimai sahədə dini tənqid edən hər bir kəsə aid edilə bilər.

Britaniyanın seçilməmiş müsəlman liderləri də qanun təşəbbüskarları arasındaydılar və onlar məhkəmələrdə, KİV-də dini nifaqın müəyyən olunmasında böyük nüfuza malikdirlər.

MALİKİN ZİRƏKLİYİ


Az sayda müəllif Malik kimi, siyasi İslamın paradokslarını və qəsdən düşünülməmiş nəticələrini açmaqda zirəkdir.

Amma sonda onun real predmeti İslam deyil. Bu, Britaniyanın immiqrasiya sahəsində yarıtmaz rəhbərliyinin və Maarifçilik dəyərlərinin əldə edilməsinin, ən vacibi, Azad ifadənin zəifləməsinə aparan yoldur.

Tərcümə etdi: Şahnaz Bəylərqızı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG